“France24” Azərbaycan xalqının ağrı-acısını əks etdirən fotonu “erməniləşdirib”, bu, təbliğatın iyrənc formasıdır – Hikmət Hacıyev

Tokio, 19 avqust , /AJMEDIA/

Fransanın Azərbaycan əleyhinə təbliğatı davam edir.

AJMEDIA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (tvitter) sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

H.Hacıyev qeyd edib ki, “France24” agentliyinin dərc etdiyi məqalədə ermənilərə məxsus olduğu iddia edilən şəkil əslində Agence France-Presse (AFP) 2020-ci ildə çəkilən və Azərbaycan xalqının ağrı-acısını əks etdirən şəkildir, “France24” həmin şəkli “erməniləşdirib”.

“Bu, təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalist etikasından uzaqdır”, – Hikmət Hacıyev vurğulayıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts