Tokio, 28 aprel , /AJMEDIA/
“Ferrari”nin pilotu Şarl Leklər Formula 1 Azərbaycan Qran-Prisinin sıralnma turunda qalib gəlməklə poul qazanıb.
AJMEDIA xəbər verir ki, bu, Ş.Leklərin cari mövsümün qazandığı ilk pouldur. Monakolu pilot Bakı şəhər halqasında ardıcıl üçüncü poul əldə edib. Həmçinin bu, onun keryarısnda qazandığı 19-cu nailiyyətdir.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 30-da keçiriləcək. Ş.Lekler yarışa birinci mövqedən start verəcək.