Formula 1 Malayziya üçün həddən artıq bahalıdır

Tokio, 12 aprel , /AJMEDIA/

Malayziyada milli Qran-Prini qaytarmaq istərdilər, lakin kənardan sərmayə olmadan bu, demək olar ki, qeyri-mümkündür.
AJMEDIA xəbər verir ki, Sepanq beynəlxalq avtodromu 2017-ci ildə Formula 1 mərhələsinə ev sahibliyi etmişdi, lakin sonra müqavilənin müddətinin 2018-ci ilədək olmasına baxmayaraq təşkilatçılar imtina etdilər. Buna səbəb FOM-un (“Formula One Management”) hesabına ödənişlərin artırılması və bilet satışının azalması oldu.
Malayziyanın gənclər və idman naziri Hanna Yeo ölkənin “The Vibes” nəşrinə müsahibəsində bildirib ki, Sepanq hazırda aparılan və ayın sonunda “Porsche Carrera Cup” mərhələsinədək başa çatacaq modernləşdirilmə üçün dövlət vəsaiti alıb. Lakin Formula 1 üçün əvvəlki kimi vəsait yoxdur.
Hanna Yeo deyib: “Formula 1 çox bahalıdır. Biz trasın modernləşdirilməsi üçün hökumətdən 20 milyon ringiti uzun müddətdir gözləyirdik və bu vəsaitdən cari təmir üçün istifadə edəcəyik.
Biz Formula 1 mərhələsini keçirə bilsəydik, əlbəttə, bunu edərdik. Lakin indi bizim belə tədbirlər keçirmək imkanımız yoxdur”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts