Formula 1-in yaponiyalı pilotu: Bakıdakı yarış hər zaman gərgin və maraqlı keçir

Tokio, 11 sentyabr, /AJMEDIA/

“Bakıdakı yarış hər zaman gərgin və maraqlı keçir”.

AJMEDIA xəbər verir ki, bu sözləri “Alfa Tauri” komandasının pilotu Yuki Tsunoda Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi barədə danışarkən deyib.

Yaponiyalı sürücü Bakıdakı yarışın əvvəlki iki turda xal toplaya bilməyən komandası üçün uğurlu olacağına inandığını bildirib: “Bakı trekini çox sevirəm. Ötən il də bu qədim şəhərin küçələrində yarışırdım. Son sağ küncdəki döngənin şəhərin dar hissəsi ilə kombinasiyasına heyranam. Təbii ki, Bakı treki pilotlardan xüsusi dəqiqlik tələb edir. Yaxşı haldır ki, sürücülərin zəif çıxışına səbəb olan bəzi maneələr aradan qaldırılıb. Avtomobillərə əlavə evakuasiya qapıları əlavə edilib. Bu da pilotların təhlükəsizliyi baxımından müsbət addımdır”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts