Tokio, 15 sentyabr, /AJMEDIA/
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.
AJMEDIA xəbər verir ki, yarışda hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır.
Pilotlar qalibi müəyyənləşdirmək üçün Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vuracaqlar.
Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə “Ferrari”də çıxış edən monakolu Şarl Lekler finişə hamıdan tez çatıblar.
Ötən gün təşkil olunmuş üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəyə “Mercedes”in britaniyalı pilotu Corc Rassell, sıralama turunda isə Şarl Lekler imza atıblar.