Fizika İnstitutu dünyanın nüfuzlu universitet və mərkəzləri sırasında yer alıb

Tokio, 16 may , /AJMEDIA/

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu dünyanın ən nüfuzlu universitetləri və elmi mərkəzlərinin reytinq cədvəlində 1656-cı yerdə qərarlaşıb.

Bu barədə AJMEDIA-ya institutdan məlumat verilib. Qeyd olunub ki, tədqiqat Dünya Universitet Sıralamaları Mərkəzi tərəfindən aparılıb. Tədqiqat zamanı dünya üzrə 20 min 966 universitet və elmi mərkəzlərin müxtəlif meyarlar üzrə 2000-i seçilib.

Reytinq cədvəlində Azərbaycandan yalnız Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun adı var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts