Tokio, 16 iyul , /AJMEDIA/
Finlandiya Prezidenti Aleksandr Stubb qaçqınların ölkədən çıxarılması ilə bağlı qanun imzalayıb.
AJMEDIA xarici mediaya istinadla xəbər verir ki, bu barədə dövlət başçısının aparatı məlumat yayıb.
Bildirilib ki, qanun iyulun 22-də qüvvəyə minəcək və bir il müddətində qüvvədə olacaq.
Qeyd edək ki, ötən gün bu qanun layihəsinin qəbuluna qarşı çıxan fəallar parlament binasına yürüş edərək sənədin müzakirəsini yarımçıq qoyublar.