Tokio, 3 dekabr , /AJMEDIA/
Filippin sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
AJMEDIA-nın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Hinatuan şəhərindən (Mindanao adası) 49 km şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 60 kilometr dərinlikdə olub.
Zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.