Filippin, ABŞ, Yaponiya və Cənubi Koreya birgə təlimlər keçirirlər

Tokio, 8 oktyabr , /AJMEDIA/

Filippin və ABŞ-ın dəniz piyadaları Yaponiya özünümüdafiə quru qoşunlarının və Cənubi Koreya hərbçilərinin iştirakı ilə Filippində birgə təlimlər keçirirlər.
AJMEDIA xəbər verir ki, 2016-cı ildən başlayaraq hər il təşkil edilən təlimlərdə ilk dəfə dörd ölkənin hərbçiləri iştirak edirlər.
Bildirilir ki, oktyabrın 7-də Zambales əyalətindəki bazada təşkil olunan təlimlərdə desant çıxarılması məşqləri keçirilib. Həmin əyalət Luson adasının qərbində, Cənub Çin dənizi istiqamətində yerləşir.
ABŞ və Filippin hərbçiləri amfibiya nəqliyyat vasitələrindən istifadə etməklə sahilə çıxarma əməliyyatları keçiriblər.
Həmçinin kimyəvi silahdan istifadə etməklə hücumu əks etdirən təlimlər də olub. ABŞ dəniz piyadaları və Yaponiyanın özünümüdafiə quru qoşunlarının hərbçiləri filippinli dəniz piyadalarına belə hücumu dəf etməyin yollarını nümayiş etdiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts