FIFA-ya prezident seçkisi 2023-cü ildə keçiriləcək

Tokio, 31 mart , /AJMEDIA/

Beynəlxalq Futbol Federasiyasına (FIFA) prezident seçkisi 2023-cü ildə qurumun 73-cü konqresi zamanı keçiriləcək.

AJMEDIA xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

Seçki təqvimi FIFA şurasının iclasında təsdiqlənib. Təqvimə əsasən, seçki dövrü 2022-ci il martın 31-də başlayacaq. Müraciət üçün son tarix qurultaya dörd ay qalmış, qəbul edilmiş namizədlər üçün bildiriş müddəti isə qurultaya bir ay qalmış başa çatacaq.

FIFA-nın hazırkı prezidenti 2016-cı ildən təşkilata rəhbərlik edən isveçrəli Canni İnfantinodur. Bundan əvvəl C.İnfantino Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) baş katibi vəzifəsində çalışıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts