Tokio, 17 fevral, /AJMEDIA/
Fici sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
AJMEDIA xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumatına görə, təbii fəlakətin episentri təxminən 77,3 min nəfər əhalisi olan paytaxt Suva şəhərindən 647 km şimal-qərbdə yerləşib. Ocağın dərinliyi 528 km təşkil edib.
Sunami təhlükəsi barədə məlumat yoxdur.