FHN-in komandası yanğın-xilasetmə idman növü üzrə XIX dünya çempionatında yüksək nəticə göstərib

Tokio, 11 sentyabr, /AJMEDIA/

Sentyabrın 5-dən 11-dək Çin Xalq Respublikasının Harbin şəhərində keçirilən yanğın-xilasetmə idman növü üzrə XIX dünya çempionatında ölkəmizi Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin komandası təmsil edib.

FHN-in mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, çempionatda iştirak edən komanda böyük uğura imza atıb.

Belə ki, döyüş açılışı üzrə əzmkar mübarizə aparan FHN əməkdaşları 30.78 saniyə ərzində qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirməklə 3-cü yerə layiq görülüb və bürünc medalların sahibi olublar.

Komandaya çempionatın kubok, medal və hədiyyələri təqdim edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts