Fergus Ould: Yaxın enerji tərəfdaşımız Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur

Tokio, 2 oktyabr , /AJMEDIA/

Azərbaycan qazını Avropaya daşıyan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsindən məmnun oldum.
AJMEDIA xəbər verir ki, bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould özünün tviter hesabında yazıb.
Səfir bildirib ki, interkonnektorun istifadəyə verilməsi Şərqi Avropanın enerji xəritəsində yeni başlanğıcdır. “Bizim yaxın enerji tərəfdaşımız Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur”, – deyə diplomat qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts