Faktiki hava: Hazırda Xəzər dənizində dalğanın hündürlüyü 4.2 metrdir

Tokio, 13 yanvar , /AJMEDIA/

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 13:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında yağış sulu qara keçib.

Xidmətdən AJMEDIA-ya verilən məlumata görə, Şahbuz, Daşkəsən, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabranda qar, Naxçıvan, Culfa, Ordubad, Gəncə, Şəmkir, Şamaxı, Zərdab, Salyan, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Kürdəmir, Hacıqabul, Neftçala, Biləsuvarda yağış yağıb.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 32, Naftalanda 26, Goranboyda 23, Mingəçevirdə 21, Ağdamda 18, Bərdə, Tərtərdə 16, Şəkidə 15 metrədək güclənib.

Neft Daşları hidrometeoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.2 metrdir.

Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında 4°-dək isti, Aran rayonlarında 7°-dək isti, dağlıq rayonlarda 4°-dək, yüksək dağlıq ərazilərdə 12°-dək şaxta olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts