Faktiki hava: Bəzi rayonlarda leysan yağıb

Tokio, 14 may , /AJMEDIA/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 13-nə olan məlumatına əsasən, Kürdəmir, Sabirabad, Şəmkir, Daşkəsən, Yevlax, İsmayıllı, Gəncə, Göygöl, Gədəbəy, Tovuz, Ağstafa, Beyləqan, Şahbuz, Ordubad, Naftalan, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qobustan, Sarıbaş (Qax), Ləzə (Qusar), Xaltan, Şahdağ, Zərdab, Cəfərxan, Salyan, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Neftçalada şimşək çaxıb, arabir yağış yağıb. Bəzi yerlərdə leysan xarakterli olub.
Xidmətdən AJMEDIA-ya bildirilib ki, saat 18:35-dən 30 saniyə ərzində Samux rayonu İnstitut qəsəbəsinə diametri 6-7 millimetr olan dolu düşüb.
Şimal-qərb küləyi əsib, arabir Neftçalada saniyədə 20, Salyanda 18, Şəkidə 16 metrədək güclənib.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti mayın 16-dək davam edəcək.
Yağıntıların bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts