“Facebook” şirkəti adını dəyişdirdi

Tokio, 29 Oktyabr, /AJMEDIA/

ABŞ-ın “Facebook” şirkəti adını “Meta” olaraq dəyişdirib.

AJMEDIA-nın məlumatına görə, bunu onlayn-təqdimat zamanı şirkətin banisi Mark Zukerberq deyib.

M.Zukerberq bildirib: “İndi bizim adımız “Meta”dır”. O əlavə edib ki, rebrendinqə baxmayaraq, şirkətin missiyası insanları birləşdirmək olaraq qalır.

Onun sözlərinə görə, şirkətin yeni loqosu mavi rəngdə sonsuzluq işarəsi olacaq. M.Zukerberq qeyd edib ki, şirkətə məxsus olan sosial şəbəkələr və tətbiqlərin adları dəyişdirilməyəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts