ETX: Azərbaycanda “TikTok”un fəaliyyəti bərpa edilib

Tokio, 31 oktyabr , /AJMEDIA/

Bu gündən Azərbaycanda “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.

AJMEDIA xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Artıq istifadəçilər “TikTok” sosial şəbəkəsindən məhdudiyyətsiz istifadə edə bilirlər. Xatırladaq ki, “TikTok”un Azərbaycanda fəaliyyəti sentyabrın 19-da məhdudlaşdırılmışdı.

Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə, eləcə də sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə əməl etməyə çağırır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts