Etiraz aksiyasının iştirakçısı: Biz dünya ekoloqlarına müraciət edirik – biganə olmayın

Tokio, 12 dekabr , /AJMEDIA/

Biz bu gün burada ekoloji fəallar kimi, təbiətə biganə olmayan insanlar kimi toplaşmışıq ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazidə qanunsuz iqtisadi fəaliyyət həyata keçirilməsindən narazı olduğumuzu bildirək. Biz bu regionun nadir bitki və heyvanat aləminə ziyan vuran fəaliyyətə – təbii ehtiyatların qanunsuz istismarına son qoyulmasını tələb edirik. Biz cari ekoloji vəziyyətin ədalətli şəkildə – Azərbaycanın ekoloji qanunverciliyinin normalarına müvafiq olaraq qiymətləndirilməsini tələb edirik.
“EkoSfera sosial-ekoloji mərkəz” ictimai birliyinin əməkdaşı, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etiraz əlaməti olaraq Qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqunun dekabrın 12-də Laçın-Şuşa yolunda başlanmış etiraz aksiyasının iştirakçısı, Jalə İsmayılova bu sözləri AZƏRTAC-a müsahibəsində deyib.
Ekoloq Jalə İsmayılova vurğulayıb: “İşğal illərində Ermənistan bizim torpaqlarda ekoloji soyqırımı törədib – yanğınlar təşkil edib, çayları məqsədyönlü şəkildə kimyəvi çirklənməyə məruz qoyub, faydalı qazıntı yataqlarını istismar edib. Biz dünya ekoloqlarına müraciət edirik – biganə olmayın, Azərbaycanın təbii ehtiyatlarının qanunsuz istismarını dayandırın”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts