Ermənistanın mina terroru nəticəsində zərər görənlər Laçın-Xankəndi yolunda

Tokio, 19 dekabr , /AJMEDIA/

Dekabrın 19-da on iki nəfər mina qurbanı və ya onların yaxınları aksiyaya dəstək vermək məqsədilə Laçın-Xankəndi yoluna gəliblər.
AJMEDIA xəbər verir ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq səkkiz gündür davam edir.
Qeyd edək ki, işğal dövründə bir milyondan çox mina Ermənistan tərəfindən Azərbaycan torpaqlarında basdırılıb. Bu, təbiətə, insanlığa qarşı görünməmiş vəhşilikdir. Ekoloji terror olan mina problemi hələ də davam edir. Postmüharibə dövründə də Ermənistan minalama siyasətini dayandırmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts