Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri müzakirə olunub

Tokio, 10 fevral , /AJMEDIA/

Rusiya və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərini müzakirə ediblər.
AJMEDIA xəbər verir ki, fevralın 10-da Rusiyanın və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub.
Rusiya XİN-in məlumatında bildirilir ki, S.Lavrov regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin parametrlərinin razılaşdırılması, ictimaiyyətin nümayəndələri, ekspertlər və parlament üzvləri arasında dialoq da daxil olmaqla üçtərəfli müqavilələrin bütün şərtlərinin reallaşdırılmasının vacibliyini vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts