Ermənistan-ABŞ birgə təlimlərinə start verilib

Tokio, 15 iyul , /AJMEDIA/

Ermənistan-ABŞ birgə təlimlərinə start verilib.

AJMEDIA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə Ermənistan silahlı qüvvələrinin, ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı birliklərinin və Kansas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər.

Birgə təlimin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında koordinasiyanın səviyyəsinin yüksəldilməsi, idarəetmə və kommunikasiya sahəsində təcrübə mübadiləsi, o cümlədən Ermənistan hərbçilərinin döyüş hazırlığının artırılmasıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts