Erməni terroru davam edir…

Tokio, 1 may , /AJMEDIA/

AJMEDIA Diasporla İş üzrə Dövlət Komitəsi istinadla məlumat təqdim edir.
Məlumunuz olduğu kimi, cari ilin 28 aprel tarixində növbəti mina partlaması nəticəsində
Tərtər rayonunda minatəmizləmə sahəsində çalışan daha 3 vətəndaşımız mina partlaması
nəticəsində həlak oldu. Hadisənin minalardan təmizlənmiş ərazidə baş verməsi ermənilərin hələ
də regionda davamlı olaraq minalama əməliyyatları keçirdiklərini sübut edir. ANAMA-nın
məlumatına görə, 2020-ci ilin 10 noyabr tarixindən bugünədək 282 nəfər minaların qurbanı olub.
Mina hadisələri zamanı 236 nəfər xəsarət alıb, 46 nəfər həlak olub. Həmçinin 68 min hektardan
çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, ümumilikdə isə 82 min mina və
partlamamış hərbi sursat zərərsizləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts