Erməni terrorizminə qarşı birmənalı şəkildə qəti mübarizə aparılmalıdır

Tokio, 26 aprel , /AJMEDIA/

Erməni terrorizmi, ekstremizmi, aqressiv separatizmi və irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinə qarşı birmənalı və ikili standartlardan kənar şəkildə qəti mübarizə aparılmalıdır.
AJMEDIA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidə ilə əlaqədar yaydığı bəyanatında qeyd edilib.
“Ermənistanın bu cür addımları bu ölkənin Azərbaycan və Türkiyə ilə davam edən normallaşma danışıqları ilə bağlı iddia etdiyi “səmimiyyətini” və “xoş iradəsini” ciddi sual altına qoyur.
Qeyd edək ki, sülh və barışığa aparan yol cinayət və səhvlərin daha çox tərənnüm edilməsindən deyil, bunların etiraf olunmasından keçir”, – deyə bəyanatda bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts