Erməni iqtisadçı ölkə vətəndaşlarına səsləndi: Kəmərlərinizi sıxın…

Tokio, 7 yanvar, /AJMEDIA/

Ermənistan iqtisadiyyatının xilasına ümid var, lakin bunun üçün hökumət populist addımlardan əl çəkməli, kəmərləri sıxmalıdır. 2022-ci ildə Ermənistan həm sosial, həm də siyasi baxımdan ciddi problemlərlə üzləşəcək.

AJMEDIA xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Ermənistanın sabiq maliyyə naziri, ictimai maliyyənin idarə edilməsi üzrə beynəlxalq mütəxəssis Vardan Aramyan 2021-ci ilin iqtisadi göstəricilərini və 2022-ci il üçün proqnozları təhlil edərkən deyib.

Aramyan hökumətin cari il üzrə aparılan proqnozlaşdırmalarında ölkədəki mövcud iqtisadi potensialı düzgün qiymətləndirilmədiyi qənaətindədir. “Təəssüf ki, 2022-ci ildə makroiqtisadi canlanma natamam olacaq. 2020-ci ildəki 7,4 faiz iqtisadi tənəzzüldən sonra bizdə iqtisadi artım xeyli aşağıdır. Ən azı 7 faizə yaxınlaşa biləcəyimiz proqnozlar isə fantaziyadır”, – deyə o qeyd edib.

Sabiq nazir hökumətin mütəxəssislərin xəbərdarlıqlarına məhəl qoymamasından təəssüfləndiyini bildirir, əvəzində isə yerli parlamentdəki çoxluğu və icra hakimiyyəti orqanlarını xalqın rəğbətini qazanmaq üçün populist addımları ilə ölkədə iqtisadi vəziyyəti daha da ağırlaşdırmaqda qınayır. Aramyanın fikrincə, 2022-ci il yanvarın 1-dən “artan” pensiya və müavinətlərlə bağlı verilən qərar da iqtisadi cəhətdən əsaslandırılmayıb. “Mən burada ciddi risklər görürəm. Belə bir öhdəlik götürəndə ixtisar demək olar qeyri-mümkün olur. Nənə və babalara sonradan deyə bilməzsən ki, iqtisadi vəziyyətin sənin pensiyanı artırmağa imkan vermədiyini qabaqcadan görməmişəm”, – deyə sabiq nazir bildirib.

Mütəxəssis qeyd edir ki, belə qərarlar inflyasiyanın ağrılarını azaltmaq məqsədilə qəbul olunur və bu zaman sosial məsuliyyət hissi unudulur. İlin əvvəlində ölkədə yalnız ərzaq məhsulları üzrə bahalaşmanın artıq 20 faizə çatdığını deyən sabiq nazir tendensiyanın geridönməz olduğuna əmindir. İqtisadiyyatın sütunlarını təmin etmədən sosial məsələləri həll etmək yanlışdır, çünki bu ilin problemi həll edilmirsə, gələn il daha böyük problem yaşanılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts