Erməni əsilli şəxslər BQXK-nın avtomobilləri ilə Ermənistana yola salınıb

Tokio, 2 fevral , /AJMEDIA/

Ekoaksiyanın iştirakçıları fevralın 2-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus və erməni əsilli şəxsləri daşıyan avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
AJMEDIA xəbər verir ki, bu dəqiqələrdə Xankəndidə Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus altı minik və bir təminat avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts