Ermənistanın sabiq prezidentinin oğlu həbs edilib

Tokio, 25 sentyabr , /AJMEDIA/

İrəvan məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Levonu bir ay müddətinə həbs cəzasına məhkum edib.

AJMEDIA xəbər verir ki, bu barədə Levon Koçaryanın vəkili Aleksandr Koçubayev sosial şəbəkələrdə yazıb.

Levon Koçaryana qarşı məhkəmə iclası sentyabrın 24-də axşam saatlarında başlayıb və bu gün səhər yekunlaşıb. İstintaq Komitəsi etiraz aksiyası zamanı onu dörd polisi döyməkdə ittiham edir.

Xatırladaq ki, sentyabrın 19-dan başlayaraq, Azərbaycan Ordusunun Qarabağda apardığı antiterror tədbirləri fonunda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə nümayişlər keçirilir. Nümayişlərdə aktiv iştirak edən Levon Koçaryan sentyabrın 22-də polisin müdaxiləsindən sonra kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts