Tokio, 9 yanvar , /AJMEDIA/
Ermənistanda müddətli hərbi xidmət keçən əsgər odlu silahla zabiti qətlə yetirib.
AJMEDIA xəbər verir ki, bu barədə erməni KİV-də məlumat yayılıb.
Bildirilib ki, hadisə Ermənistanın cəbhə xəttində yerləşən hərbi hissələrdən birində baş verib.
Ermənistanın Müdafiə Nazirliyi məlumatı təsdiqləyib və qətlə yetirilən zabitin adını açıqlayıb. Bildirilir ki, Karen Araikoviç Karapetyanın cəsədi səhər saatlarında hərbi hissədəki mövqedə aşkarlanıb.
Hadisə ilə bağlı istintaq aparılır.