Tokio, 31 oktyabr , /AJMEDIA/
Ermənistan hökuməti reper Snup Doqun sentyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılan konsertinin təşkilatçılarına 6 milyon dollar ödəniş edib.
AJMEDIA xəbər verir ki, bu barədə Ermənistanın Maliyyə Nazirliyi məlumat yayıb.
Sentyabrın 21-də Snup Doqun Ermənistanda keçiriləcək konsertinin təşkilatçısı olan “Doping Space” şirkəti konsertin başqa tarixə keçiriləcəyini, yeni tarix barədə məlumat verəcəyini bildirib.
“Ermənistan hökumətinin qərarı ilə amerikalı reper Snup Doqun sentyabrın 23-nə planlaşdırılan, lakin təxirə salınan konsertinin keçirilməsi üçün xəzinəyə 2,318 milyard dram (təqribən 6 milyon dollar) dəyərində müqavilə daxil olub. Bu məbləğ avqustun 25-də tam ödənilib”, – nazirlikdən bildiriblər.
Nazirlik konsertin dövlət büdcəsi hesabına maliyyələşdirilən mədəni tədbirlər proqramı çərçivəsində planlaşdırıldığını bildirərək məbləğin geri qaytarılmadığını bildirib.