Ermənistan Laçın dövlət sərhəd-buraxılış məntəqəsini atəşə tutub, bir hərbçimiz yaralanıb

Tokio, 15 iyun , /AJMEDIA/

İyunun 15-də saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhəd-buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AJMEDIA-ya bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.
Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts