Tokio, 31 mart , /AJMEDIA/
“Armenian Card” (ArCa) ödəniş sisteminin üzvü olan Ermənistan bankları martın 30-na keçən gecə Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıblar.
AJMEDIA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı sistemin çağrı mərkəzindən təsdiqləyiblər.
“Bu gündən bizim sistemimizlə işləyən banklar “Mir” kartlarına xidmət göstərməyi dayandırıblar”, – deyə “ArCa” mərkəzinin operatoru bildirib.
İrəvan sakinləri də Ermənistan banklarının “Mir” kartı ilə ödəniş qəbul etməyi dayandırması faktını təsdiqləyiblər.
“Gecə yarısından sonra “Mir” kartı ilə bir neçə ödənişi qəbul etməyə çalışsaq da, alınmadı. POS terminalımıza “Ameriabank” xidmət edir ki, onlar da Rusiya kartlarına xidmət göstərməyi dayandıracağını bəyan ediblər. Yəqin buna görə də ödəniş həyata keçmir”, – deyə bildirilib.
Yalnız “Bank VTB”nin Ermənistandakı törəməsi “VTB Armenia” “Mir” kartlarına xidməti davam etdirir.