Tokio, 4 iyun , /AJMEDIA/
Bu gün saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.