Erkin Tukumov: XI Bakı Qlobal Forumu bizə bir sıra problemlərin cavabını tapmaqda kömək edəcək

Tokio, 15 mart , /AJMEDIA/

XI Bakı Qlobal Forumu bizə bir sıra problemlərin cavabını tapmaqda kömək edəcək. Biz Qazaxıstanda da oxşar forumlar keçiririk. Düşünürəm ki, belə forumlar xalqlarımızı daha da yaxınlaşdıra və birləşdirə bilər. Hesab edirəm ki, biz düzgün yoldayıq və müharibəsiz bir dünyaya doğru irəliləyirik.

Bunu AJMEDIA-ya açıqlamasında Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru, XI Bakı Qlobal Forumunun iştirakçısı Erkin Tukumov deyib.

Qazaxıstanla Azərbaycan arasında münasibətlərə toxunan E.Tukumov hər İki ölkənin prezidentlərinin münasibətləri inkişaf etdirmək istiqamətində səylərini əsirgəmədiklərini diqqətə çatdırıb.

“Azərbaycanla Qazaxıstan arasında münasibətlər sürətlə inkişaf edir. Məlumdur ki, bu günlərdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışını etdi. Biz, həmçinin Füzulidə xəstəxana tikdirmək istəyirik. Hesab edirəm ki, belə layihələr çox olmalıdır. Biz Qazaxıstanda bu cür təşəbbüslərə dəstək veririk”, – deyə o əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts