Ərdoğan: Qarabağ uğrunda müharibədə göstərdiyimiz həmrəylik birliyimizin ən böyük sübutu oldu

Tokio, 4 noyabr , /AJMEDIA/

Artıq Türk dövlətləri arasında siyasi birlik var. Hərbi birliyimizin ən bariz nümunəsini Qarabağda göstərdik. Qarabağ uğrunda müharibədə göstərdiyimiz həmrəylik dünya ölkələri üçün birliyimizin ən böyük sübutu oldu. Yəni, dünyaya bir dövlət, bir millət belə bir həmrəyliyi arxasında görərsə, nəticə də ala bilər mesajı verildi.

AJMEDIA xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astana səfərindən dönüşü zamanı mediaya açıqlamasında bildirib.

Türkiyə Prezidenti deyib: “Türk Dövlətləri Təşkilatı beynəlxalq sistemdəki tıxanmaları açmaq, təsirli və qalıcı həll yolları irəli sürmək üçün dünyanın yüksələn gücünə çevrilir. Biz gələcəyi daha əhatəli, daha ədalətli dünya qurmaq üçün daha çox çalışacağıq. Çünki dünyanın ümidi türk dövrünədir”.

İsrail-Fələstin qarşıdurmasına da toxunan Ərdoğan, münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcəklərini bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts