Tokio, 13 dekabr, /AJMEDIA/
Beynəlxalq Paralimpiya Komitəsinin Baş Assambleyasının iclası keçirilib.
AJMEDIA xəbər verir ki, tədbirdə komitənin prezidenti vəzifəsinə seçkilər təşkil olunub. Braziliyalı funksioner Endryu Parsons yenidən qurumun rəhbəri seçilib. O, 2017-ci ildən sözügedən vəzifədə çalışır.
E.Parsons prezident postuna yeganə namizəd olub. O, 156 səs toplayıb. Üç nəfər isə əleyhinə səs verib.
Qeyd edək ki, 44 yaşlı funksioner 2005-2009-cu illərdə ABŞ Paralimpiya Komitəsinə başçılıq edib. Parsons 2009-cu ildən 2017-ci ilədək isə Braziliya Paralimpiya Komitəsinin prezidenti olub.