Elman Rüstəmov: Mərkəzi Bank qarşısında duran başlıca hədəf inflyasiyanın səviyyəsinin azaldılmasıdır VİDEO

Tokio, 12 fevral, /AJMEDIA/

Bütövlükdə Azərbaycan hökuməti və Mərkəzi Bank qarşısında duran başlıca hədəf inflyasiyanın səviyyəsinin azaldılmasıdır. İnflyasiya qlobal iqtisadi proses kimi qarşımızda durub.

AJMEDIA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O qeyd edib ki, yanvar ayının nəticələrində dünyanın aparıcı ölkələrində inflyasiyanın artdığı görülür. Dünyanın aparıcı mərkəzi banklarının, beynəlxalq təşkilatların, eləcə də Mərkəzi Bankın da proqnozu ondan ibarətdir ki, ilin ikinci yarısından başlayaraq inflyasiya azalmağa doğru getməlidir. Bu istiqamətdə biz beynəlxalq inflyasiyanın azalacağına ümid edirik. Dünyanın aparıcı mərkəzi bankları, bütövlükdə informasiya bunu təsdiq edir ki, artıq pul-kredit siyasəti sərtləşdirilməlidir, antiinflyasiya tədbirləri gücləndirilməlidir. Bununla da ölkələrdə inflyasiyanı məhdudlaşdırılacaq, həmçinin Azərbaycana inflyasiya idxalı azalacaq. İnflyasiyanın daxili amilləri də nəzarətdədir. Azərbaycan hökuməti Mərkəzi Bank və digər iqtisadi qurumlarla birlikdə dövlətimizin başçısının tapşırığı ilə antiinflyasiya proqramı üzərində işləri yekunlaşdırır. Yaxın vaxtlarda Azərbaycan hökumətində, İqtisadi Şurada bu tədbirlər müzakirə olunub qəbul ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts