“Elm tarixi və elmşünaslıq” jurnalının 3-cü sayında yeni araşdırmalar təqdim olunub

Tokio, 9 mart , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalının 3-cü sayı təqdim olunub.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Redaksiya heyətində Çin, Rusiya, Ukrayna, Polşa və digər ölkələrin akademik qurumlarının və alimlərinin təmsil olunduğu jurnalın yerli və xarici müəlliflərin məqalələrindən ibarət olan üçüncü sayında elm tarixi və elmşünaslığın müxtəlif profillərinə və nəzəri problemlərinə həsr olunan yeni araşdırmalar yer alıb.

Nəşrdə jurnalın baş redaktoru, Elm Tarixi İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Məryəm Seyidbəylinin “Azərbaycanda elm tarixi və elmşünaslığın elmi sahə kimi təşəkkül tapması və inkişafı”, Rusiya Elmlər Akademiyasının S.İ.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru sosiologiya elmləri doktoru Nadejda Aşeulovanın “Təbiətşünaslıq və texnika tarixi və fəlsəfəsi Sovet Milli Birliyinin fəaliyyəti prizmasından elm və texnika tarixində Rusiya-Azərbaycan əməkdaşlığı” və Elm Tarixi İnstitutunun əməkdaşlarının məqalələri dərc olunub.

Qeyd edək ki, üç dildə (Azərbaycan, ingilis, rus) tərtib olunan jurnalın qarşıya qoyduğu başlıca vəzifələrindən biri Azərbaycan elminin beynəlxalq akademik ictimaiyyətə çatdırılması, yerli alimlərlə xarici ölkə alimləri arasında elmi kommunikasiyaların yaradılmasıdır.

“Elm tarixi və elmşünaslıq” jurnalı “Assos”, “Advanced Sciences Index”, “Academic Recourse Index”, “İndex Copernus” kimi beynəlxalq elmi nəşrlər bazalarında qeydiyyata alınaraq, ümumilikdə 12 indeksləşmə sisteminə daxil edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts