Tokio, 9 Oktyabr, /AJMEDIA/
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 34-cü nömrəsi işıq üzü görüb.
Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, qəzetin ilk səhifəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfərinə dair materiallar yer alıb.
Nəşrin növbəti səhifələrində Rəyasət Heyətinin iclası, AMEA ilə Qırğız-Türk Manas Universiteti arasında əməkdaşlıq sazişi, “Nizami Gəncəvi irsi və təbiət” mövzusunda VII “Fizika və lirika” konfransı, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda aparılan perspektivli tədqiqatlar, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin ümumi yığıncağı, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının iclası haqqında məlumat, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun nəzdində Antropologiya Mərkəzinin rəhbəri, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədli ilə müsahibənin mətni və s. əksini tapıb.
Bundan əlavə, “Müqəddəs Zəfərin başlanğıcı”, “Ermənistanın mifi və ordusu darmadağın edildi”, “Oxçuçay – bəşəriyyətə qarşı törədilən ekoloji terror”, “Azərbaycanda uşaq etnoqrafiyası haqqında”, “Qarabağın arxeoloji irsi diqqət mərkəzindədir”, “Qarabağ – qədim Azərbaycan diyarı”, “Fatehlər: Vətən şəhidləri” sərlövhəli məqalələr, nəşrlər, elmi yeniliklər və s. informasiyalar oxuculara təqdim olunur.
On altı səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.