“Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilir

Tokio, 26 dekabr , /AJMEDIA/

“Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilir.

AJMEDIA xəbər verir ki, qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi tələb edilən, gücü 150-200 kVt arasında olan elektrik qurğularının istismarının sadələşdirilməsi (icazə tələbinin aradan qaldırılması) məqsədilə hazırlanıb.

Bununla da tikinti obyektlərinin tələb edilən elektrik enerjisi gücü 200 kVt-dək olduqda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma işləri başa çatdırıldıqdan sonra elektrik qurğularının istismarına icazə alınması tələb olunmayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts