Ekoaksiya: Rusiya sülhməramlılarının növbəti avtomobil karvanı Laçına gedib

Tokio, 19 fevral , /AJMEDIA/

Bu dəqiqələrdə Rusiya sülhməramlılarına aid növbəti avtomobil karvanı azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən maneəsiz keçiblər.
AJMEDIA xəbər verir ki, Xankəndidən gələn on yeddisi yük, iki isə minik avtomobili olmaqla on doqquz nəqliyyat vasitəsi Laçına doğru hərəkət edib.
Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 70-ci günündə də sülhməramlıların nəqliyyat vasitələrinin heç bir maneə olmadan ərazidən sərbəst keçmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, bu gün hazırkı vaxtadək sülhməramlıların 29 avtomobili aksiyanın təşkil olunduğu ərazidən sərbəst keçib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts