Egeydə güclü tufan xəbərdarlığı edilib

Tokio, 4 sentyabr , /AJMEDIA/

Egeydə üç ilçə üçün tufan xəbərdarlığı edilib.

Bu barədə Türkiyənin Metrologiya Xidməti məlumat yayıb.

Məlumata görə, tufanların İzmir, Aydın və Manisada təsirli olacağı gözlənilir.

Qeyd edilib ki, qarşıdakı 3 saat ərzində İzmir və Aydının şərqində və Manisa ətrafında ildırımlı tufanların qüvvətli olacağı təxmin edilir.

Yağış zamanı qəfil sel, daşqın, şimşək çaxması, dolu və güclü külək əsməsi kimi hallara qarşı diqqətli və tədbirli olmaq lazımdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts