Tokio, 13 oktyabr , /AJMEDIA/
Əfqanıstanın şimalında, Baqlan əyalətinin inzibati mərkəzi Puli-Xumri şəhərində şiə məscidinin partladılması nəticəsində ən azı 17 nəfər həlak olub.
AJMEDIA Aamaj News agentliyinə istinadla xəbər verir ki, partlayış dindarların toplaşdığı “İmam Zaman” məscidində baş verib. Hadisə nəticəsində, həmçinin 50-dən çox insanın yaralandığı bildirilir.
Hələ ki, ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.