Əfqanıstanda daşqınlar 40 min uşağı evsiz qoyub

Tokio, 14 may , /AJMEDIA/

Əfqanıstanın şimalındakı Baqlan əyalətində güclü yağış və daşqınlar nəticəsində 40 minə yaxın uşaq evlərini itirib.

AJMEDIA xəbər verir ki, Ümumdünya Ərzaq Proqramının Əfqanıstan ofisinin və yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət əksəriyyəti Bağlan, bəziləri isə Taxar, Bədəxşan və Qor əyalətlərində olmaqla, 330-dan çox insanın ölümünə səbəb olub.

Beynəlxalq təşkilatlar və Əfqanıstan rəsmiləri daşqınlardan sonra xüsusilə uşaqlar arasında ölənlərin sayının və yoluxucu xəstəliklərin artacağı barədə xəbərdarlıq ediblər. Ümumdünya Səhiyyə Təşkilatı infeksiya riskini izləmək üçün daşqından zərər çəkmiş bölgəyə səkkiz təcili yardım qrupu göndərib.

BMT-nin Beynəlxalq Uşaq Fövqəladə Hallar Fondunun bəyanatına görə, Əfqanıstan daşqınlar və quraqlıq da daxil olmaqla, ekstremal hava şəraitinə və iqlim dəyişikliyinə ən həssas ölkələrdən biridir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts