Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoyub

Tokio, 12 may , /AJMEDIA/

Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində daşqınlar nəticəsində azı 311 nəfər ölüb.

AJMEDIA xəbər verir ki, bu barədə AFP BMT-nin Ümumdünya Ərzaq Proqramına istinadla məlumat yayıb.

Bundan əvvəl “Reuters” agentliyi Əfqanıstan hökumətinin Daxili İşlər Nazirliyinə istinadla 151 nəfərin öldüyünü bildirmişdi.

Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü bildirib ki, 2 mindən çox ev dağılıb. Ölkənin şimal-şərqində axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, mayın 10-da Əfqanıstanda güclü yağışlar nəticəsində daşqınlar baş verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts