Əfqan Nifti: Britaniyada Orta Dəhlizə böyük maraq var

Tokio, 12 iyun , /AJMEDIA/

“Xəzər Siyasət Mərkəzi olaraq biz artıq Londonda ikinci Xəzər Bağlantı Konfransını təşkil etdik. Bugünkü əsas mövzumuz Orta Dəhliz və onun inkişafı ilə bağlı idi. Son zamanlarda görürük ki, həm ABŞ-da, həm Britaniyada, həm də Avropa Birliyində Orta Dəhlizə böyük maraq var”.

Bu sözləri Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti konfransdan sonra AZƏRTAC- a özəl açıqlamasında deyib. O bildirib ki, konfransa maraq yüksək olub və bu çox vacibdir: “Son zamanlarda görürük ki, həm ABŞ-da, həm Britaniyada, həm də Avropa İttifaqında Orta Dəhlizə böyük maraq var. Bu çərçivədə biznes ictimaiyyətinin, siyasi dairələrin buna marağını yönləndirmək və eyni zamanda, bu sahədə başqa hansı işlərin görülə biləcəyini təqdim etmək üçün şirkətləri, siyasi xadimləri, Xəzər regionu ölkələrinin səfirlərini bir araya gətirdik”.

O qeyd edib ki, konfransda Orta Dəhliz boyu biznesi necə yaxşılaşdırmaq, hansı sahələrdə investisiya qoyuluşlarının mümkünlüyü, inkişaf təsirlərinin maksimallaşdırılması barədə müzakirələr aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts