DW nəşri Avropanın hesablaşmağa məcbur olduğu Bakının rolunu qeyd edib

Tokio, 6 aprel , /AJMEDIA/

“Alman dalğası” (DW) erməni cəmiyyətinin Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-ın Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin iştirakı ilə keçirilən görüşdən məyus olması və həmin görüşün yekunları haqqında material dərc edib.

AJMEDIA xəbər verir ki, məqalədə Ermənistanda bir çoxlarının bu görüşə böyük ümidlər bəsləməsi və onu “ölkənin gələcək xarici siyasət kursunu müəyyən edəcək həlledici məqam hesab etməsindən” bəhs olunub.

Alman nəşri yazır ki, aprelin 5-də keçirilən və “Ermənistanda demokratik islahatları və iqtisadi dayanıqlığı dəstəkləmək” məqsədi daşıyan Brüssel görüşü ABŞ və Avropa İttifaqının İrəvana ümumilikdə hansısa 330 milyon avro ayırması ilə yekunlaşıb. Bu xəbər Ermənistanda məyusluqla qarşılanıb, belə ki, bir çoxları bu görüşə böyük ümidlər bəsləyir və onu “ölkənin gələcək xarici siyasət kursunu müəyyən edəcək həlledici məqam hesab edirdi”.

DW daha sonra yazıb: “Brüssel sammitindən əvvəl ABŞ və Avropanın rəsmi şəxslərinin intensiv təmasda olduqları Azərbaycan Prezidenti İlham Əliyev bu görüşün regionda ayırıcı xətlərin yaradılması və Bakının təcrid olunması məqsədi daşıdığını bildirib. Bundan əvvəl Azərbaycan XİN ABŞ və Avropanın ermənipərəst mövqeyinin Ermənistanda Azərbaycanla qarşıdurmada Qərbin dəstəyi ilə bağlı illüziyalar yarada biləcəyindən narahatlığını ifadə edib. Bakını sakitləşdirməyə çalışan ABŞ Dövlət Departamenti əmin edib ki, Paşinyan, Blinken və Fon der Lyayen arasında keçiriləcək görüşdə Ermənistan-Azərbaycan sülh prosesinə toxunulmayacaq və orada islahatlar, demokratiya və Ermənistan iqtisadiyyatı ilə bağlı məsələlər müzakirə olunacaq”.

Məqalədə qeyd olunub: “Digər regional aktorlar, xüsusən də Rusiya və Türkiyə bu görüşün geosiyasi fonu ilə əlaqədar ona tənqidi yanaşdılar. Ankara bəyan etdi ki, Azərbaycanın iştirakı olmadan keçirilən bu görüş tərəflər arasında mürəkkəb problemlərin həlli üçün əsas amil olan neytral yanaşmaya xələl gətirir. Rusiya bu təşəbbüsdə Cənubi Qafqazı geosiyasi rəqabətə cəlb etmək cəhdini gördü ki, bu da Moskva ilə İrəvan arasında onsuz da kəskin ziddiyyətləri daha da gücləndirir”

Follow us on social

Facebook Twitter Youtube

Related Posts