Tokio, 6 oktyabr , /AJMEDIA/
Mediterranean Shipping Compani (MSC) şirkəti tərəfindən inşa edilən dünyanın ən böyük konteyner gəmilərindən birinə “MSC Türkiyə” adı qoyulub.
AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, gəmiyə bu ad Türkiyə Respublikasının 100 illiyi münasibətilə MSC şirkətinin prezidenti və baş icraçı direktoru Diego Apontenin həyat yoldaşı və Asyaport limanının sədri Əhməd Soyuerin qızı Ela Soyuerin təklifi ilə verilib.
Gəmi ilk səfərini oktyabrın 30-da Tekirdağa edəcək. Bu münasibətlə həmin gün Tekirdağ Asyaport limanında mərasim keçiriləcək.
MSC tərəfindən Çində inşa edilən 24 min 346 konteyner daşıma qabiliyyətinə malik gəminin hündürlüyü 80 metr, uzunluğu 400 metrdir.