Dünyada koronavirusa yoluxanların sayı 300 milyonu ötüb

Tokio, 7 yanvar, /AJMEDIA/

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 300 milyon nəfəri ötüb.

AJMEDIA pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, hazırda dünyada koronavirusa 300 milyon 933 min nəfər yoluxub. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 491 min nəfərə, sağalanların sayı isə 257 milyon 636 min nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada liderlik edir. Burada koronavirusa yoluxanların sayı 59 milyon 564 min nəfəri keçib, 855 min 843 nəfər infeksiya səbəbindən həyatını itirib, 42 milyon 89 mindən çox insan isə sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 35 milyon 226 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 483 min 178 nəfər vəfat edib, sağalanların sayı 34 milyon 371 min nəfərə çatıb.

Bu göstəriciyə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Burada pandemiya dövrü ərzində 22 milyon 395 min nəfər virusa yoluxub, onlardan 619 min 730 nəfəri vəfat edib, 21 milyon 567 min nəfər sağalıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts