“Dünya və teatr Qodonu gözlərkən” beynəlxalq teatr konfransına məruzə qəbulu davam edir

Tokio, 8 oktyabr , /AJMEDIA/

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən “Dünya və teatr Qodonu gözlərkən” mövzusunda keçiriləcək beynəlxalq teatr konfransına məruzə qəbulu oktyabrın 15-dək aparılır.
ADMİU-dan AJMEDIA-ya bildirilib ki, noyabrın 22-23-də “ADMİU 99+” layihəsi çərçivəsində təşkil ediləcək konfrans universitetin 100 illik yubileyi münasibətilə onlayn formatda keçiriləcək. Konfransda iştirak etmək istəyənlər ərizə və məruzələrini elektron formada teatrqodokonfrans@gmail.com ünvanına göndərməlidirlər. Konfransın məqsədi dünya və teatr “Qodonu gözlərkən” vəziyyətinə düşmüşkən reallıqda nə baş verdiyini, hansı proseslər getdiyini, teatr sənətini hansı perspektivlər gözlədiyini, müasir zaman kontekstində teatr vektorunun hansı səmtə istiqamətləndiyini, qismən də olsa aydınlaşdırmaq və çoxsaylı suallara səslər, fikirlər polifoniyasında cavab axtarmaqdır.
Təşkilat komitəsi bu suallara cavab tapmaq istəyən bütün mütəxəssisləri, həmçinin doktorant, dissertant və magistrantları konfransda iştiraka dəvət edir. “Zoom” platforması üzərindən keçiriləcək konfransın işçi dilləri Azərbaycan, rus, fars, türk və ingilis dilləridir. Konfransın linki tədbirdən bir neçə gün əvvəl iştirakçıların e-mail ünvanına göndəriləcək. Təşkilat komitəsi konfransın mövzu dairəsinə uyğun gəlməyən və tələblərə cavab verməyən materialları qəbul etməmək hüququnu özündə saxlayır. Məruzənin qəbulu barədə məlumat oktyabrın 20-dək müəllifə onun ərizədə göstərdiyi ünvan vasitəsilə çatdırılacaq. Qəbul edilmiş məruzələrin konfransdan sonra PDF formatında toplu halına salınması və iştirakçıların e-mail ünvanına göndərilməsi nəzərdə tutulur.
Konfrans haqqında daha ətraflı məlumat və məruzənin tərtibi qaydaları ADMİU-nun rəsmi saytında yerləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts