Dünya Seriyası: Azərbaycanın iki güləşçisi medal qazanıb

Tokio, 22 iyul , /AJMEDIA/

Çimərlik üzrə Azərbaycan millisinin iki üzvü həftəsonu Rumıniyanın Timişoara şəhərində keçirilən Dünya Seriyasının III mərhələsində iki medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşid Babazadə ukraynalı Oleksey Boruta (1:1), yunanıstanlı Vasileos Kesidis (3:0) və amerikalı Miçel Brauna (2:1) qalib gələrək A qrupunda 1-ci yeri tutub. Güləşçimiz 1/4 finalda rumıniyalı Razvan Kovaçdan (3:0), yarımfinalda isə ukraynalı İvan Semyonovdan (3:0) güclü olub. Finalda türkiyəli Yunus Coşkuna minimal fərqlə (0:1) uduzan R.Babazadə gümüş medalla kifayətlənib ki, bu da idmançının bu növdə ilk nailiyyəti olub.

Ramiz Həsənov (80 kiloqram) A qrupunda moldovalı Yon Marku (2:0), fransalı Huqo Kueno (+:-) və amerikalı Hunter Qarvini (2:0) məğlub edib. Qrup lideri kimi yarımfinala yüksələn R.Həsənov finalın bir addımlığında ABŞ təmsilçisi Daniel Kardenasa (1:2), üçüncü yer uğrunda görüşdə isə moldovalı Vasile Diakona (0:2) məğlub olub.

İbrahim Yusubov moldovalı Trayan Kapatina (3:0), ukraynalı Nazar Dod (3:0) və yunanıstanlı Xristos Samartsidisi (+:-) məyus edərək A qrupunda ilk pilləni tutub. Dünya çempionu yarımfinalda ukraynalı Oleksey Yakovçuka da şans tanımayıb – 3:0. İ.Yusubov Dünya Seriyasının öncəki mərhələsində olduğu kimi, yenə finalda moldovalı Trayan Kapatinaya məğlub olub (2:4) və növbəti dəfə gümüş medal əldə edib.

Azərbaycan millisi yekunda 52 xalla komanda hesabında ikinci yeri tutub. Yığma yarışı çempion kimi başa vuran Türkiyədən cəmi 2 xal geri qalıb. ABŞ (45) isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Dünya Seriyasının 4-cü mərhələsi sentyabrın 21-22-də Yunanıstanın Katerini şəhərində baş tutacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts