Tokio, 6 avqust , /AJMEDIA/
Okean səthinin temperaturu cümə günü 21 dərəcəyə çataraq yeni rekorda imza atıb.
AJMEDIA xəbər verir ki, bu barədə “Agence France–Presse” məlumat yayıb.
“Cümə günü okean səthinin temperaturu Selsi üzrə 20,96 dərəcəyə yüksəlib”, – məlumatda deyilir.
Avropa İttifaqının “Copernicus” Yerin müşahidə proqramı nümayəndəsinin sözlərinə görə, əvvəlki rekord 2016-cı ilin martında qeydə alınıb.
Qeyd olunub ki, daha sonra okeandakı su 20,95 dərəcəyə qədər qızıb.
Daha əvvəl klimatoloq Aleksey Kokorin bildirib ki, Sakit okeanda cərəyanların fazasının dəyişməsi ilə əlaqədar 2023 və 2024-cü illər 2022-ci ildən daha isti olacaq. Temperatur cəmi 0,1 dərəcə yüksələcək, eyni zamanda təhlükəli təbiət hadisələrinin də sayı artacaq.